Ucnoqta.az
www.ucnoqta.az

Qubadan Bakıya gələn avtobus aşdı - <font color=red><b>VİDEO</b></font>

09:16 - 11 Yanvar 2023 tarixində dərc olunub.

Siyəzən rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə açıqlama verilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Bakı-Quba yolunun 98-ci kilometrliyində “Hyundai” markalı 50-EA-628 markalı sərnişin daşıyan avtobus qarşısına mal-qara çıxdığı üçün avtomobili dayandırıb:

“Avtomobil dayanandan sonra sürüşməyə başlayıb və yolun kənarına aşıb. Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır”.

Müəllif: