Ucnoqta.az
www.ucnoqta.az

Ukrayna hərbçilərinə "Patriot"dan istifadə üçün təlim keçiləcək

23:13 - 10 Yanvar 2023 tarixində dərc olunub.

Növbəti həftədən Ukrayna hərbiçiləri ABŞ-da “Patriot” raket sistemindən istifadə üçün təlimlərə başlayacq.

Ucnoqta.az xəbər verir ki, CNN-in ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, təlim proqramı Oklahoma ştatındakı Fort Silldə keçiriləcək.

Fort Sill Birləşmiş Ştatlar Ordusunun dörd əsas təlim mərkəzindən biridir və bir əsrdən artıq müddətdə hərbi kadrlar hazırlayan Sahə Artilleriya Məktəbinin evidir.

Müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Laura Kuperin sözlərinə görə, Ukrayna hərbçilərinin təlimi “bir neçə ay” çəkəcək.

Emin

Müəllif: