Ucnoqta.az
www.ucnoqta.az

Aİ Rusiyaya hərbi yardım göstərən ölkələrə qarşı sanksiyaları genişləndirəcək

15:40 - 10 Yanvar 2023 tarixində dərc olunub.

Avropa İttifaqı Rusiyaya, həmçinin Belarus və İran kimi Rusiya Federasiyasına hərbi yardım göstərənlərə qarşı sanksiya təzyiqlərini genişləndirəcək.

Ucnoqta.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ ilə NATO arasında əməkdaşlıq haqqında bəyannamənin imzalanmasından sonra NATO-da keçirdiyi mətbuat konfransında deyib.

"Biz lazım olduğu müddətcə Kremlə sanksiyalar tətbiq etməyə davam edəcəyik. Belarus və İran kimi Rusiyaya hərbi dəstək verənlərə qarşı da sanksiyaları genişləndirəcəyik", - o deyib.

Emin

Müəllif: