Ermənistan KTMT təlimlərini keçirməkdən imtina edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, müdafiə naziri artıq KTMT-nin birgə qərargahına məlumat verib ki, Ermənistan hazırkı vəziyyətdə təlimlərin keçirilməsini məqsədəuyğun hesab etmir:
"Hər halda, təlimlər bu il baş tutmayacaq, - Paşinyan bildirib.