Ucnoqta.az
www.ucnoqta.az

Vətəndaşlardan qanunsuz saxladıqları 11 ov tüfəngi götürülüb

11:52 - 10 Yanvar 2023 tarixində dərc olunub.

Polis əməkdaşları əməliyyat tədbirləri nəticəsində respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 11 ədəd ov tüfəngi götürüb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron könüllü olaraq polisə təhvil verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Müəllif: