Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

09:31 - 10 Yanvar 2023 tarixində dərc olunub.

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hacallı kəndində qeydə alınıb.

1972-ci il təvəllüdlü Asif Dadaşov, 1976-cı il təvəllüdlü Şəfiqə Dadaşova və 1994-cü il təvəllüdlü Kamil Dadaşov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, ailə üzvləri yaşadıqları evdə dəm qazından zəhərləniblər.

 

Müəllif: