ABŞ yaydan gec olmayaraq Ukraynaya dörd "Vampire" anti-dron sistemi tədarük edəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi “The Wall Street Journal” ABŞ administrasiyasının adı açıqlanmayan nümayəndələrinə istinadən məlumat yayıb. Bu növ silahların tədarükü Kiyevə 2022-ci ilin avqustunda vəd edilib, lakin Pentaqon L3Harris Technologies istehsal şirkəti ilə yalnız dekabrda müqavilə imzalayıb.
Müqavilənin həcmi isə təqribən 40 milyon dollar təşkil edir.
Daha 10 belə sistem 2023-cü ilin sonuna qədər Kiyevin sərəncamında olacaq.
Emin