Ucnoqta.az
www.ucnoqta.az

Braziliyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib

22:26 - 9 Yanvar 2023 tarixində dərc olunub.

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro şiddətli qarın ağrısı ilə ABŞ xəstəxanaya yerləşdirilib

Ucnoqta.az xəbər verir ki, bu barədə “O Globo” nəşri məlumat yayıb.

O, ötən ilin sonlarında Braziliyanın yeni prezidenti Luis İnasio Lula da Silvaya hakimiyyətin verilməsində iştirak etmək istəməyərək ölkəni tərk edib.

2018-ci ilin sentyabrında ölkənin şərqindəki Juiz de Fora şəhərində seçicilərlə görüş zamanı Bolsonaroya sui-qəsd edilib. Bolsonaro bıçaqlı hücuma məruz qalıb və qarnından yaralanıb.

Ruhəngiz

Müəllif: