Ucnoqta.az
www.ucnoqta.az

İran prezidenti Türkiyə və Suriyaya səfər edəcək

14:01 - 9 Yanvar 2023 tarixində dərc olunub.

İran prezidenti İbrahim Rəisi Türkiyə və Suriyaya səfər etməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani məlumat verib.

"İran prezidentinin Türkiyə və Suriyaya səfəri planlaşdırılır. Bu səfərlər planlar yekunlaşdıqdan sonra baş tutacaq".

Xarici İşlər Nazirliyinin nümayəndəsi planlaşdırılan səfərlərin tarixi barədə məlumat verməyib. Rəisinin gözlənilən səyahət proqramı haqqında da təfərrüatlar hələlik verilməyib.

Emin

Müəllif: