Ucnoqta.az
www.ucnoqta.az

Daha 50 ukraynalı əsir hərbiçi təhvil verilib

17:57 - 8 Yanvar 2023 tarixində dərc olunub.

Rusiya daha 50 ukraynalı əsir hərbiçini təhvil verib

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak bildirib. Məlumata görə, mübadilə zamanı 33 zabit və 17 sıravi çavuş geri qayıdıb. Bunlar Ukrayna Silahlı Qüvvələrinin, Qoşunların, Milli Qvardiyanın, Dövlət Sərhəd Xidmətinin, Hərbi Dəniz Qüvvələrinin və MTR-nin əməkdaşlarıdır.

"Bu, sonuncu mübadilə deyil. Bizim vəzifəmiz bütün insanlarımızı geri qaytarmaqdır və biz bunu yerinə yetirəcəyik", - Yermak bildirib.

Müəllif: