Ucnoqta.az
www.ucnoqta.az

Bakıda partlayış - <font color=red><b>polis hərəkəti dayandırdı</b></font>

11:21 - 8 Yanvar 2023 tarixində dərc olunub.

Bakının Nərimanov rayonunda yanğınla müşahidə edilən partlayış qeydə alınıb.

Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsində baş verib. Həmin küçədə yerləşən "Sərin" restoranının yaxınlığından keçən qaz borusunda partlayışla müşahidə edilən yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 4 briqadası cəlb edilib.

Alov ətrafa keçməsin deyə restoranın dam örtüyü sökülüb.

Əraziyə "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları da cəlb edilib.

Yanğın tam söndürülüb.

Təhlükəsizlik məqsədilə küçədə hərəkət polislər tərəfindən dayandırılıb.

Müəllif: