Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın Ukraynada itkiləri 111 mini ötdü

10:39 - 8 Yanvar 2023 tarixində dərc olunub.

Rusiyanın Ukraynada daha 430 hərbçisi həlak olub.

Ucnoqta.az xəbər verir ki, müharibə başlayandan bu günə qədər Rusiya Ordusu 111170 canlı qüvvə itki verib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son sutkada daha 430 rusiyalı hərbiçi məhv edilib.

Həmçinin, Rusiya müharibədə 3069 tank, 6130 zirehli texnika, 1849 PUA, 285 təyyarə, 431 reaktiv yaylım atəşi sistemi, 217 hava hücumundan müdafiə sistemi, 2065 artilleriya sistemi, 272 helikopter, 4801 nəqliyyat vasitəsi itirib.

Emin

Müəllif: