Ucnoqta.az
www.ucnoqta.az

Nehrəm kəndindəki qətllə bağlı rəsmi məlumat

20:06 - 6 Yanvar 2023 tarixində dərc olunub.

Yanvarın 6-sı Naxcıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndi ərazisində 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Baş Prokurorluqdan Ucnoqta.az-a verilən məlumata görə, araşdırma zamanı zərərçəkmişin 2005-ci il təvəllüdlü həmkəndlisi Rəhman Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, Rəhman Süleymanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Müəllif: