Ucnoqta.az
www.ucnoqta.az

Abramoviç sərvətinin bir hissəsini uşaqlara yardım fondlarına köçürüb

20:00 - 6 Yanvar 2023 tarixində dərc olunub.

Rusiyalı milyarder Abramoviç sərvətinin bir hissəsini Ukraynada müharibə başlamazdan əvvəl uşaqların yardım fondlarına köçürdü

Ucnoqta.az xəbər verir ki, bu barədə Guardian yazıb. Qəzetin qeyd etdiyi kimi, əvvəllər ABŞ Federal Təhqiqat Bürosu sahibkarın iki fondunun son benefisiarlarını dəyişdirdiyini bildirmişdi.

Rusiyalı iş adamı Roman Abramoviç Ukraynada xüsusi hərbi əməliyyatın başlamasına az qalmış sərvətinin əhəmiyyətli hissəsini uşaqlarının etimad fondlarına köçürə bilib. Bu barədə cümə günü The Guardian qəzeti öz saytında offşor şirkətlərin və trast fondlarının qeydiyyatı ilə məşğul olan Kiprin MeritServus şirkətinin anonim mənbəsinə istinadən məlumat verib.

Nəşrin məlumatına görə, ümumilikdə Abramoviç daşınmaz əmlak, şəxsi təyyarələr, vertolyotlar və yaxtalar da daxil olmaqla, yeddi övladına azı 4 milyard dollarlıq aktiv köçürüb.
Bildirilir ki, iş adamı əməliyyatları o zaman başlayıb ki, Qərb Ukraynada münaqişə baş verəcəyi təqdirdə Rusiya biznes nümayəndələrinə qarşı sanksiyalar tətbiq edəcəkləri barədə xəbərdarlıq ediblər.

Ruhəngiz

Müəllif: