Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə mikroavtobus "TIR"la toqquşdu - <font color=red><b>Xəsarət alan var</b></font>

18:16 - 6 Yanvar 2023 tarixində dərc olunub.

Şəkidə mikroavtobus "TIR"la toqquşub.

Ucnoqta.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Şəki şəhəri "Daş Qaya" adlanan ərazidə baş verib.

Belə ki, Şəkidən Suçma kəndi istiqamətində hərəkət edən "Ford" markalı mikroavtobus "TIR" markalı yük avtomobili ilə toqquşub. Nəticədə mikroavtobusda olan yaşlı qadın xəsarət alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: