ABŞ növbəti hərbi yardım paketində ilk dəfə Ukraynaya Sea Sparrow zenit-raket kompleksləri verəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə Politico yazıb. Nəşrin məlumatına görə, belə yerüstü raketlər radarla idarə olunur və təyyarələri və ya qanadlı raketləri tutmaq üçün istifadə olunur. Bundan əlavə, Ukrayna hərbçiləri bu tip Amerika raketlərini buraxmaq üçün Sovet Buk sistemlərini dəyişdirə biliblər.
Quruda yerləşən “Dəniz sərçəsi” raketləri yalnız Tayvanda xidmətdədir, ABŞ və müttəfiqləri isə bu cür raketlərin gəmi əsaslı versiyasından istifadə edirlər.
Emin