Rusiya ordusu Ukrayna müharibəsində daha 530 hərbçisini itirib
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Müharibə başlayandan Rusiya tərəfinin canlı qüvvə itkiləri 110250-yə çatıb.
Həmçinin, ötən gün Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya ordusunun 23 tank, 16 zirehli texnika, 8 artilleriya sistemi, 1 təyyarə, 1 helikopter, 38 nəqliyyat vasitəsi məhv edilib.
Emin