Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda qanunsuz obyekt söküldü -<font color=red><b> Video</b></font>

12:38 - 5 Yanvar 2023 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Nazirlikdən Ucnoqta.az-a verilən məlumata görə, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində müvafiq icazəverici sənədlər olmadan və yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

Müəllif: