"Qarabağ və Laçın dəhlizi ilə bağlı beynəlxalq faktaraşdırıcı missiyaya ehtiyac var"
Ucnoqta.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 5-də hökumətin iclasında deyib. Onun sözlərinə görə, bu istiqamətdə səy göstərmək lazımdır.
“Ermənistan 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlara, habelə bu bəyanatlarda qeyd olunan 6 oktyabr 2022-ci ildə Praqada keçirilən dördtərəfli görüşün razılaşmalarına sadiqdir” - baş nazir deyib.
Emin