Ucnoqta.az
www.ucnoqta.az

Bayram günlərində 13 yol qəzasında 18 nəfər ölüb

12:10 - 5 Yanvar 2023 tarixində dərc olunub.

Bayram günlərində respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Ucnoqta.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, 2022-ci il dekabrın 31-dən 2023-cü il yanvarın 5-dək avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 18 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Müəllif: