Ucnoqta.az
www.ucnoqta.az

Fransa Ukraynaya zirehli texnikalar verəcək

21:36 - 4 Yanvar 2023 tarixində dərc olunub.

Fransa Ukraynaya AMX-10 RC zirehli texnikalar tədarük edəcək

Ucnoqta.az "Reuters"ə istinadən xəbər verir ki,  bu barədə Yelisey Sarayı məlumat yayıb. Ukrayna dövlət başçısı Volodimir Zelenski Fransa prezidenti  Emanuel Makronla bu barədə razılıq əldə edildiyini bildirib. Ukrayna Fransadan həmçinin Bastion zirehli texnikalar da alacaq.

Qeyd edək ki, AMX-10 RC zirehli avtomobili çox vaxt "təkərli tank" kimi təsnif edilir. O, 105 mm-lik top və pulemyotla təchiz olunub.

Müəllif: