Ukraynada vurulan İran pilotsuz təyyarələrindən birində ondan çox qərb şirkətinin texnologiyası tapılıb
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN yazır.
Ukrayna kəşfiyyatının məlumatına görə, "Şahed-136" PUA-dan ələ keçirilən 52 komponentdən 40-ı 13 müxtəlif Amerika şirkəti tərəfindən hazırlanıb. Qalan komponentlər Kanada, İsveçrə, Yaponiya, Tayvan və Çin şirkətləri tərəfindən istehsal olunur.
Qeyd edilir ki, şirkətlərin sanksiyaları pozduğuna və İran pilotsuz təyyarələri üçün qəsdən texnologiya ixrac etdiyinə dair heç bir sübut yoxdur.