"Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus vaqonlar yanıb
14:57 - 3 Yanvar 2023 tarixində dərc olunub.
Paytaxtın Qaradağ rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmiryolu stansiyasının ərazisində istifadəsi dayandırılmış 2 ədəd vaqonun taxta və penoplastdan ibarət üzlüyü yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yaxınlıqdakı digər vaqonlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.