Rusiya silahlı qüvvələrinin daha 750 hərbçisi Ukraynada həlak olub. Bundan əlavə Rusiya sutka ərzində “Orlan-10” tipli 3 kəşfiyyat PUA-nı itirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, həmçinin düşmənin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi ərazilərə 13 zərbə, o cümlədən zenit-raket komplekslərinin mövqelərinə 5 zərbə endirilib.
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ka-52 helikopterini endirib.