Şimali Koreya lideri Kim Çen In qızı ilə ballistik raket zavodunda olub
Ucnoqta.az NK News-a istinadən xəbər verir ki, Kim Çen In Camjin Raket Zavodu kimi tanınan Taesong Maşınqayırma Zavoduna baş çəkib.
Fabrikdə ən azı 26 ədəd demontaj edilmiş “Hwasong-12” orta mənzilli raketi hesablayıblar. Bu raketlər 6000 km-ə qədər məsafə qət etmək gücündədir.