Ucnoqta.az
www.ucnoqta.az

Yanacaqdaşıyan avtomobi qəzaya düşdü-<font color=red><b> ölən var</b></font>

09:29 - 3 Yanvar 2023 tarixində dərc olunub.
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobil yanıb, bir nəfər ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb. İlkin məlumata görə, hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaqdaşıyan avtomobildir. Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib. Əraziyə dərhal Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər.
Müəllif: