Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən partlayış baş verib.
Ucnoqta.az xəbər verir ki, sosial şəbəkələrdə mərhumun fotosu yayılıb.
Hadisədə həyatını itirən şəxs polis nəfəri Məhəmməd Babayev olub. O polis bölmələrindən birində sürücü vəzifəsində xidmət edib.