Ucnoqta.az
www.ucnoqta.az

Rusiya Ukraynaya 12 hava zərbəsi endirib

10:32 - 1 Yanvar 2023 tarixində dərc olunub.

Rusiya qoşunları gün ərzində Ukraynaya 31 raket və 12 hava zərbəsi endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahından bildirilib.

"Çerniqov, Sumı, Kiyev, Xmelnitski, Donetsk, Zaporojye, Nikolayev və Xerson vilayətlərinin mülki infrastrukturu zərər çəkib. Mülki itkilər barədə məlumat dəqiqləşdirilir", - məlumatda deyilir.

Bundan əlavə, İran istehsallı 13 kamikadze pilotsuz uçan aparatını Ukrayna Müdafiə Qüvvələri tərəfindən məhv edilib.

Müəllif: