Şimali Koreya Yapon dənizinə ballistik raket atıb.
Ucnoqta.az bu barədə Yonhap agentliyi yazır.
Raketin uçuş məsafəsi, hündürlüyü və sürəti barədə hələlik məlumat yoxdur.
Agentliyin məlumatına görə, Seulun keçən həftə bərk yanacaqla işləyən kosmik raketi sınaqdan keçirməsinə cavab olaraq Pxenyan öz atəş gücünü nümayiş etdirməyə başlayıb.
Dekabrın 31-də səhər saatlarında Şimali Koreya da Yaponiyaya doğru üç qısa mənzilli ballistik raket atıb. Mərmilər maksimum 100 kilometr yüksəklikdə 350 kilometr uçub, bundan sonra Yaponiyanın iqtisadi zonasından kənarda dənizə düşüb.
Raket sınaqlarından sonra gəmilərə ziyan dəydiyi barədə məlumat verilməyib.