Ucnoqta.az
www.ucnoqta.az

Benedikt 96 yaşında vəfat etdi

14:24 - 31 Dekabr 2022 tarixində dərc olunub.

Sabiq Roma Papası XVI Benedikt 96 yaşında vəfat edib. 

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb. XVI Benedikt (dünyada Cozef Alois Ratzinger) 2005-ci ilin aprelində 265-ci Papa seçilmişdi və təxminən min ildə ilk alman əsilli Papa olmuşdu.

O, 2005-2013-cü illərdə apostol taxtını tutub. XVI Benedikt vəzifəsini tərk edərək, 1415-ci ildən bəri taxtdan könüllü olaraq ayrılan ilk Papa oldu.

Müəllif: