Rusiya və Belarus yeni səfərbərlik dalğasına görə sərhədləri bağlayacaqlar
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Reznikov deyib.
Ukraynanın müdafiə naziri yanvarın əvvəlində Rusiyada hərbi vəziyyətin tətbiqinin mümkünlüyünü açıqlayıb. O, həmçinin Rusiya və Belarusun kişilər üçün sərhədlərinin yeddi gün ərzində bağlanacağı ilə bağlı xəbərdarlıq edib.
"Dəqiq bilirəm ki, sizin bir həftəyə yaxın vaxtınız qalıb, hələ bir az seçim var. Yanvarın əvvəlində Rusiya hakimiyyəti kişilər üçün sərhədləri bağlayacaq, sonra hərbi vəziyyət elan edəcək və növbəti səfərbərlik dalğasına başlayacaq. Həmçinin Belarusla da sərhədlər bağlanacaq”, - Reznikov bildirib.