Böyük Britaniya minatəmizləmə avadanlıqlarının Ukraynaya təhvil verildiyini açıqlayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Ölkənin Müdafiə Nazirliyi onu da bildirib ki, bu günədək Ukrayna Silahlı Qüvvələrinin 11 mindən çox döyüşçüsü krallıq ərazisində təlim keçib.
Britaniya hakimiyyəti Almaniyanın Vallon şirkətindən Ukraynaya 1000 hərbi mina detektoru, həmçinin 100 bomba zərərsizləşdirmə dəsti bağışlayıb.
"Böyük Britaniyanın daha bir yardım paketi Ukraynaya qanuni torpaqlarını geri alarkən binaları və əraziləri təhlükəsiz şəkildə minalardan təmizləməyə kömək edəcək", - Ben Uolles bildirib.
Ruhəngiz