Ucnoqta.az
www.ucnoqta.az

Ərdoğanla Əsədin görüşü baş tuta bilər

15:46 - 30 Dekabr 2022 tarixində dərc olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya lideri Bəşər Əsəd arasında görüş baş tuta bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə milli naziri Hulusi Akar NTV telekanalının efirində bildirib.

Nazir bildirib ki, bunun üçün şərait yetişəndə ​​Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədin şəxsi görüşü baş tuta bilər: 

“Görüş şərtlər yetişəndə ​​baş tuta bilər. Əvvəlcə Suriya ilə kəşfiyyat səviyyəsində danışıqlar aparıldı, sonra görüşdük. Biz təmasların davam etdirilməsinin tərəfdarıyıq, üçtərəfli formatda davam etdiriləcək. Danışıqlar prosesi başa çatdıqdan sonra prezidentlərin görüşü baş tuta bilər. ”, - Türkiyənin milli müdafiə naziri əlavə edib.

Müəllif: