Ucnoqta.az
www.ucnoqta.az

Deputat Bakı metrosunu yıxıb-sürüdü: <font color=red><b>"Monqolustandan müətəxəssis gətirək ..."</b></font>

15:22 - 30 Dekabr 2022 tarixində dərc olunub.

"Yol infrastrukturu düzgün çəkilmədiyindən şəhərdə problemlər yaranır, insanlar tıxacda qalır, iqtisadiyyatımıza ziyan dəyir."

Ucnoqta.az xəbər verir ki, deputat Fazil Mustafa Bakının tıxac problemi ilə bağlı təklif verib. Deputat bildirib ki, hər hansı konsepsiya irəli sürülmədi: 
"Şəffaf tender keçirib Malayziyadan, Koreydan, Monqolustandan müətəxəssis cəlb etmək lazımdır. Həmin şirkət isə bu məsələni öz zərinə götürüb və təkliflərini versin. İllərdir bu problem var. Avtobusda, metroda hərəkət etmək mümkün deyil. Metrodan elə şəkillər paylaşılır, elə situasiya danışılır ki, dəhşətə gəlirsən. Artıq vaqonlarda hərəkət etmək mümkün deyil. Bu problemin həlli yolu tapılmalıdır. İqtisadiyyatımıza böyük ziyan vurduğuna görə təcili tender keçirib  ki, xarici şirkətləri cəlb etmək lazımdır."

Müəllif: