Ucnoqta.az
www.ucnoqta.az

"Peleyə qədər futbol da sadəcə idman idi" - <font color=red><b>Ulduz futbolçular</b></font>

13:37 - 30 Dekabr 2022 tarixində dərc olunub.

Ulduz futbolçular Ronaldo, Neymar və Messi 82 yaşında vəfat edən Pele haqqında ürək sözlərini yazıblar

Ucnoqta.az xəbər verir ki, Braziliya millisi və PSJ-nin hücumçusu Neymar deyib:

“Peledən əvvəl idman köynəyində on nömrə sadəcə bir rəqəm idi. Deyərdim ki, Peleyə qədər futbol da sadəcə idman idi. O, hər şeyi dəyişdi. Futbolu sənətə, əyləncəyə çevirdi. O, kasıblara, qaradərililərə fərqlənmək şansı verdi, ən əsası isə Braziliyanı dünyada tanıtdı. Futbol və Braziliya futbol kralının sayəsində statuslarını yüksəltdi! O, artıq yoxdur, lakin onun sehri qalacaq. Pele ölməzdir!" - Neymar İnstaqram hesabında bildirib.

Kristianu Ronaldu, beşqat "Qızıl top"un sahibi:

“Bütün Braziliyaya, xüsusən də cənab Edson Arantes do Nascimentonun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Əbədi kral Pele ilə sadə bir vidalaşma bütün futbol dünyasının ağrısını ifadə etmək üçün heç vaxt kifayət etməyəcək. Milyonlarla insan üçün ilham mənbəyi idi. Dünən, bu gün və gələcəkdə var, var olacaq. Onun mənə göstərdiyi rəğbəti unutmayacağam, Hörmət qarşılıqlı idi. Bəli o, heç vaxt unudulmayacaq və onun xatirəsi hər birimizdə, futbol azarkeşlərində əbədi qalacaq”, - Ronaldu İnstaqram hesabında yazıb.

Lionel Messi, yeddiqat "Qızıl top"un sahibi:

“Rahat yat, Pele”,  Messi İnstaqram hesabında yazıb.

Kilian Mbappe, Fransa və PSJ-nin hücumçusu:

“Futbol kralı bizi tərk etdi, lakin onun irsi heç vaxt unudulmayacaq. Rahat yat”, - Mbappe İnstaqram səhifəsində yazıb

Xatırladaq ki, əfsanəvi futbolçu ​Pele dekabrın 29-da 82 yaşında xərçəng xəstəliyindən vəfat edib. O, futbol tarixində üçqat dünya çempionu olmağı bacaran yeganə futbolçu olub

Müəllif: