Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq

12:48 - 30 Dekabr 2022 tarixində dərc olunub.

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-lik hissəsində 2 yanvar 2023-cü il gecə saat 01:00-dan 05:00-dək (4 saat) hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

Bu barədə Ucnoqta.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, həmin hissədə yerüstü piyada keçidinin tikintisi həyata keçiriləcək. Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan vaxt kəsiyində alternativ olaraq Saray-Novxanı yolundan istifadə etmələri xahiş edir.

Müəllif: