Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyana KTMT-dən çıxmamağı tövsiyə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan mediası yazır.
Məlumata görə, Paşinyan ötən həftə Cermukda səfirlərlə görüşündə etiraf edib ki, Makron ona KTMT-dən çıxmamaq barədə xəbərdarlıq edib, çünki əks halda Paris Ermənistanın təhlükəsizliyinin təminatçısı rolunu öz üzərinə götürə bilməz. Eyni zamanda, Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts eyni çağırışı ABŞ dövlət katibi Entoni Blinkenin də göndərdiyini bildirib.
Pünhan