Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda mənzildən 23 min manatlıq oğurluq olub

10:50 - 30 Dekabr 2022 tarixində dərc olunub.

Sumqayıtda mənzildən 22 min manatlıq oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, şəhəri ərazisindəki mənzillərin birindən 15.000 manat, 5.000 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Talib İsgəndərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

 

Müəllif: