Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda "BMW" aşıb, <font color=red><b>3 nəfər xəsarət alıb</b></font>

20:23 - 29 Dekabr 2022 tarixində dərc olunub.

Abşeron rayonunda (Digah-Məmmədli avtomobil yolunun 2-ci kilometrliyi) "BMW" markalı minik avtomobili yol kənarına aşıb, 3 nəfər xəsarət alıb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Nəticədə avtomobilin mühərrik hissəsi yanıb.

Hadisə zamanı sürücü və 2 nəfər sərnişin müxtəlif bədən xəsarətlərilə yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: