Böyük Britaniya 2023-cü ildə Ukraynaya yardım üçün 2,3 milyard funt sterlinq ayıracaq
Ucnoqta.az xəbər verir ki, bu barədə müdafiə naziri Ben Uollesin deyib. Uolles bildirib ki, Böyük Britaniya Ukraynanın lazımi silah sistemlərinə malik olduğundan əmin olmaq, həmçinin digər ölkələrdə Ukrayna üçün onların alınmasına kömək etmək istəyir.
"Biz onları Sovet konstruksiyalarına uyğun silah sistemləri ilə təmin edəcəyik. Biz bu yaxınlarda minlərlə zenit raketi hədiyyə etdik ki, onlar pilotsuz təyyarələri vura bilsinlər", - Uolles deyib.