Ucnoqta.az
www.ucnoqta.az

Zaxarova Paşinyanın ittihamlarına cavab verdi

13:39 - 29 Dekabr 2022 tarixində dərc olunub.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Paşinyanın Rusiya sülhməramlılarının Qarabağda öz missiyasını yerinə yetirməməsi ilə bağlı ittihamlarına reaksiya verib.

Ucnoqta.az xəbər verir ki, Zaxarova əlavə şrhə ehtiyac olmadığını bildirib:
"Biz artıq dəfələrlə şərh vermişik, o cümlədən dekabrın 23-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşdən sonra birgə mətbuat konfransında bunu deyib. Bu haqda ətraflı deyilib, fikrimcə əlavə şərhə ehtiyac yoxdur", - Zaxarova bildirib.

Emin

Müəllif: