Rusiya Ukrayna ərazisini raket atəşinə tutub
Ucnoqta.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, paytaxt Kiyevlə yanaşı, Odessa, Xarkov, Nikolayev, Lvov şəhərlərinə raket zərbələri endirilib. Kiyev meri bildirib ki, paytaxt üzərində 16 raket, Odessada 21 raket zərərsizləşdirilib. Bombardman nəticəsində 3 nəfər yaralanıb.
Dağıntılar baş verən ərazilərdə xilasedicilər çalışır.