Ucnoqta.az
www.ucnoqta.az

“Qoç ət”də dəhşətli hadisə - <font color=red><b>Qadın ətqarışdırıcı aparatda qalıb öldü</b></font>

10:45 - 29 Dekabr 2022 tarixində dərc olunub.

“Qoç ət” KFT MMC-də dəhşətli hadisə baş verib.

Ucnoqta.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dünən günorta saatlarında şirkətə məxsus olan Qaradağ rayonu Lökbatan-Puta yolunda yerləşən kəsim sexində xadimə elektrik ətqarışdırıcı qurğunun içində qalıb. Belə ki, kəsim sexində çalışan Pirməmmədova Rəqsanə Azad qızı qurğunu təmizləyərkən ətqarışdırıcı qurğu qəfil hərəkətə başlayıb. Nəticədə qadın qurğunun hissələrinin arasında qalıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif: