Ucnoqta.az
www.ucnoqta.az

Ukraynalı iş adamı Fransada saxlanıldı

15:45 - 28 Dekabr 2022 tarixində dərc olunub.

Ukraynalı iş adamı və keçmiş xalq deputatı Konstantin Jevaqo Fransada saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, o, Dövlət Təhqiqat Bürosunun tələbi ilə Kurşevel xizək kurortunda yaxalanıb.

İdarədən bildirilib ki, Jevaqon bir neçə cinayət işi üzrə təqsirləndirilən şəxsdir, ona görə də hazırda onun ekstradisiyası üçün hazırlıqlara başlanılıb. Xüsusilə, o, Maliyyə və Kredit Bankına məxsus 113 milyon dolları mənimsəməkdə şübhəli bilinir.

Müəllif: