Fevraldan bəri Ukraynada 7 minə yaxın dinc sakin həlak olub
Ucnoqta.az xəbər verir ki, bu barədə BMT-nin məlumatında bildirilir.
Məlumata görə, 6884 ölüb, 10947 nəfər yaralanıb. Ölənlərin 429-u uşaq olub: 175-i qız, 216-sı oğlan və 38-i hələ cinsiyyəti müəyyən edilməmiş uşaqdır. 800 uşaq yaralanıb.
BMT-nin məlumatına görə, mülki əhali arasında ölən və ya yaralananların faktiki sayı daha çoxdur.
Emin