Ucnoqta.az
www.ucnoqta.az

İtaliya Kiyevə hava hücumundan müdafiə sistemləri verəcək

23:29 - 27 Dekabr 2022 tarixində dərc olunub.

Ukrayna Prezidneti Volodimir Zelenski bildirib ki, İtaliya Kiyevə hava hücumundan müdafiə sistemlərinin tədarükünü nəzərdən keçirir

Ucnoqta.az xəbər verir ki, bu barədə Zelenski özü deyib. Zelenski İtaliyanın baş naziri Corc Meloni ilə telefon danışığından sonra ona "həmrəyliyinə və hərtərəfli dəstəyə görə" təşəkkür edib.

"Mən İtaliya hökumətinin əlavə 10 milyon avro yardım ayırmasını yüksək qiymətləndirdim. Xanım Meloni bildirib ki, Ukrayna səmasını qorumaq üçün hava hücumundan müdafiə sistemlərinin təmin edilməsi məsələsi nəzərdən keçirilir. Biz sülh formulu ilə bağlı müzakirələr apardıq", - Zelenski tviterdə yazıb.

Müəllif: