Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərinə görə, Rusiya guya Laçın dəhlizi məsələsində onun ölkəsinə təzyiq göstərir.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Moskvanın İrəvanı İttifaq dövlətinə qoşulmağa məcbur etməsi ilə bağlı bəyanatlarını təxribat xarakterli adlandırıb.
Qriqoryan bundan əvvəl müvafiq bəyanatla çıxış edib və həmçinin bəyan edib ki, guya Rusiya Laçın dəhlizi məsələsində Ermənistana təzyiq edir.
"Bu cür bəyanatları təxribat xarakterli hesab etmək olar. Onlar reallığa uyğun gəlmir. Rusiya rəsmilərindən heç biri bunu deməyib və bunu heç kim vasitəsilə erməni tərəfinin diqqətinə çatdırmayıb" - Peskov deyib.
Emin