İrandan Rusiyaya göndərilən ikinci partiya 250 PUA-dan 70-ə yaxını məhv edilib.
Ucnoqta.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığının spikeri Yuri İqnat deyib.
“Son iki həftə ərzində Rusiya Ukrayna ərazisinə İran pilotsuz təyyarələrinin ikinci partiyasından olan “Şahed-131” və “Şəhed-136” zərbə tipli dronlarla hücum edib. Rusiyanın kritik infrastrukturumuza zərbələr endirdiyi 70-ə yaxın pilotsuz təyyarə Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən məhv edilib”, - deyə o bildirib.
Ruhəngiz