Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanla İran Araz çayı üzərində körpü tikintisinə başlayıb - <font color=red><b>RƏSMİ</b></font>

17:00 - 27 Dekabr 2022 tarixində dərc olunub.

“Azərbaycan İranla artıq Araz çayı üzərində körpü tikintisinə başlayıb”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib. 

Nazir bildirib ki, Azərbaycanla İran arasındakı razılaşmaya əsasən, Azərbaycandan Naxçıvana alternativ yol olacaq. 

Qeyd edək ki, 2022-ci ilin martın 11-də Bakı ilə Tehran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.///oxu.az

 

Müəllif: