"Salome Zurabişvili Sakaşvilini əfv etsə bu onun karyerası üçün çox çətin qərar olacaq"
Ucnoqta.az xəbər verir ki, Tbilisi meri, “Gürcü Arzusu”nun liderlərindən biri Kaxa Kaladze Saaakaşvilinin əfv ilə bağlı açıqlama verib. O deyib: Prezident Salome Zurabişvili Mixail Saakaşvilini əfv etsə, bu, şəxsən onun özü və karyerası üçün çox çətin qərar olacaq. Onun sözlərinə görə, Mixail Saakaşvili ilə bağlı kritik vəziyyət yoxdur.
“Heç bir kritik vəziyyət yoxdur, bunlar qəsdən hazırlanmış tamaşalardır, əsas yaradıcısı və iştirakçısı Mixail Saakaşvilidir, hər şey səhnələşdirilir. Bu, düşünülmüş, səhnələşdirilmiş, öz aktyorları olan tamaşalar müxtəlif ölkələrdən keçirilir, piar kampaniyasının necə aparılması ilə bağlı müxtəlif müqavilələr, razılaşmalar imzalanır. Əgər prezident onu əfv barədə qərarı qəbul edərsə, əminəm ki, bu, şəxsən onun üçün və karyerası görə çox çətin, ağır qərar olacaq ”, - Kaxa Kaladze qeyd edib.
Qeyd edək ki, bir sıra keçmiş və fəal siyasətçilər Dövlət başçısı Salome Zurabişvilini Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilini əfv etməyə çağırıb.
Pünhan